...

Suriya ordusu ölkənin şimalındakı Sirmən şəhərinə daxil olub

Dünya xəbərləri Materials 9 Avqust 2011 13:22 (UTC +04:00)
Bu gün səhər saatlarından başlayaraq Suriya ordusu ölkənin şimalındakı Silmən şəhərinə daxil olub. Trend-in məlumatına görə, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı xəbər verib.
Suriya ordusu ölkənin şimalındakı Sirmən şəhərinə daxil olub

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Bu gün səhər saatlarından başlayaraq Suriya ordusu ölkənin şimalındakı Sirmən şəhərinə daxil olub. Trend-in məlumatına görə, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı xəbər verib. Məlumata görə, təhlükəsizlik gücləri ilə Bəşşar Əsədin istefasını tələb edən nümayişçilər arasında baş verən toqquşmada ölən və yaralananlar var.

Suriyanın bir çox şəhərlərində ordu ilə Prezident Bəşşar Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar zamanı 800-dən çox nümayişçi qətlə yetirilib. Suriya rəsmiləri bu rəqəmin 100-dən az olduğunu və qətlə yetirilənlərin dinc əhali deyil, silahlı terror qruplaşmalarının üzvləri olduğunu bildirib.

Suriyada baş verən hadisələrə etiraz olaraq dünən Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırıblar.

Bu gün Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Suriyaya səfər edib. Səfər zamanı XİN rəhbərinin Prezident Bəşşar Əsədlə görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti