...

İran Kürd Fəhlə Partiyasının liderinin həbsi haqqında məlumatı təkzib edir

Dünya xəbərləri Materials 15 Avqust 2011 15:50 (UTC +04:00)
İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Ələddin Borucərdi Kürd Fəhlə Partiyasının (PKK) liderinin həbsi haqqında məlumatı təkzib edib. Trend-in məlumatına görə, xəbəri ISNA yayıb.
İran Kürd Fəhlə Partiyasının liderinin həbsi haqqında məlumatı təkzib edir

Azərbaycan, Bakı, 15 avqust /Trend/

İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Ələddin Borucərdi Kürd Fəhlə Partiyasının (PKK) liderinin həbsi haqqında məlumatı təkzib edib. Trend-in məlumatına görə, xəbəri ISNA yayıb.

Borucerdi onun sözlərinə istinad edən bəzi KİV-in İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) daha bir PKK liderini həbs etməsi ilə bağlı yaydıqları məlumatı tənqid edib.

O əlavə edib ki, məlumatı Türkiyə KİV-dən alıb və bu mənbələr məlumatların səhihliyini yoxlamalıdırlar.

Türkiyənin "TRT-Turk" telekanalı və "Zaman" qəzetinin saytı şənbə günü xəbər yayıb ki, PKK rəhbəri Murad Karayılan İraqdakı Kürdüstan dağlarında İran hərbiçiləri tərəfindən həbs edilib.

İranlı parlamentari, həmçinin İİKK-nın İranla Türkiyə arasındakı qaz kəmərinin partladılmasında təqsirli olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirib.

"Bu İİKK-nın uğurlu əməliyyatı idi və İran xalqı İİKK-dan "Pejak" tərəfdən istənilən terror aktı ilə bağlı qətiyyətli hərəkətlər gözləyir", - Borucərdi deyib.

İİKK-nın komandirlərindən biri Dilavət Rəncbərzadə bildirib ki, iyulun ortalarında İİKK İran-İraq sərhədi rayonunda fəaliyyət göstərən "Pejak" düşərgəsini tam nəzarət altına götürüb.

Bundan əvvəl İİKK rəsmi nümayəndəsinin məlumatında deyilir ki, hərbiçilər Tehranın 472 kilometrliyində,Qərbi Azərbaycan əyalətindəki Sərdəşt şəhərinin şimal-şərqində "Pejak"ın iri düşərgəsini məhv edə biliblər.

Son vaxtlar İran ölkənin şimal-şərqində, İraq Kürdüstanı ilə sərhədin kənarında sərhədyanı ərazilərdə vəziyyəti sabitləşdirmək və əksinqilabi qruplarla mübarizə aparmaq məqsədilə beş min hərbi qulluqçu yerləşdirib.

Kürdüstan Azad Həyat Partiyasının (PJAK) İran qanadı İranın Kürdüstan vilayətində fəaliyyət göstərir. Qruplaşma Kürdüstanın İrandan ayrılması uğrunda mübarizə aparır.
Amerika hökumətinin məlumatına görə, İran-Türkiyə və İran-İraq sərhəddində fəaliyyət göstərən "Pejak"a ABŞ terror təşkilatı hesab etdiyi separatçı PKK nəzarət edir.
2009-cu ilin fevralında ABŞ Maliyyə Nazirliyi "Pejak"ı terrorçu qruplaşmaların siyahısına daxil edib. Bununla yanaşı, ona qarşı maliyyə sanksiyaları tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti