...

İran xərçəng və QİÇS xəstəliklərinə qarşı dərmanlar istehsal edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2011 11:11 (UTC +04:00)
İran mütəxəssisləri xərçəng və QİÇS xəstəliklərinə qarşı nanodərmanlar istehsal ediblər və bu dərmanlar hazırda ölkənin bəzi xəstəxanalarında istifadə olunur.
İran xərçəng və QİÇS xəstəliklərinə qarşı dərmanlar istehsal edib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran mütəxəssisləri xərçəng və QİÇS xəstəliklərinə qarşı nanodərmanlar istehsal ediblər və bu dərmanlar hazırda ölkənin bəzi xəstəxanalarında istifadə olunur. Bunu İranın Nanotexnologiyalar Təşkilatının rəhbəri doktor Səid Sərkar deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

O bildirib ki, "doxorubicin" adlanan bu nanodərman gələn üç ay ərzində apteklərdə satışa çıxarılacaq. "Bu dərman süd vəzisi və yumurtalıq xərçəngi, QİÇS kimi xəstəliklərin müalicəsində istifadə olunur", - Sərkar qeyd edib.

Xəbər lenti

Xəbər lenti