...

Türkiyə SQ PKK-nın 32 yaraqlısını məhv edib

Dünya xəbərləri Materials 22 Oktyabr 2011 15:21 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin (SQ) Hakkari vilayətində kürd separatçılarına qarşı apoardığı əməliyyat zamanı 32 yaraqlı məhv edilib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.
Türkiyə SQ PKK-nın 32 yaraqlısını məhv edib

Azərbaycan, Bakı, 22 oktyabr / Trend müxbir A.Tağıyeva/

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Hakkari vilayətində kürd separatçılarına qarşı apoardığı əməliyyat zamanı 32 yaraqlı məhv edilib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.

Məlumata görə, əməliyyat hələ də davam edir və zərərsizləşdirilən terrorçuların sayının artacağı gözlənilir.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb. Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

PKK yaraqlılarının oktyabrın 19-na keçən gecə İraqla həmsərhəd Hakkari vilayətində 24 hərbiçinin həlak olması və 18-nin yaralanması ilə nəticələnən terror aktına cavab olaraq türk ordusu cümə axşamı İraqın şimalındakı beş rayonda yerüstü və hava əməliyyatlarına başlayıb. Əməliyyatlara 10 minlik qoşun qruplaşması, o cümlədən xüsusi təyinatlılar cəlb edilib.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti