...

Türkiyədə zəlzələdə həlak olanların sayı 17 nəfərə çatıb

Dünya xəbərləri Materials 11 Noyabr 2011 12:30 (UTC +04:00)
Türkiyənin Van əyalətində zəlzələ nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb. Cümə günü səhər xilasedicilər dağıntılar altından 4 nəfərin cəsədini çıxarıblar. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.
Türkiyədə zəlzələdə həlak olanların sayı 17 nəfərə çatıb

Azərbaycan, Bakı, 11 noyabr / Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Van əyalətində zəlzələ nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb. Cümə günü səhər xilasedicilər dağıntılar altından 4 nəfərin cəsədini çıxarıblar. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.

Bu günədək dağıntılar altından 28 nəfər xilas edilib. Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Departamenti məlumat verib.

Çərşənbə günü axşam Türkiyənin cənub-şərqində 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 25 bina, eləcə də iki hotel dağılıb. Zəlzələ zamanı evlərin 22-də yaşayış olmayıb.

Daha çox sayda insan dördmərtəbəli "Bayram" mehmanxanasının dağılması zamanı həlak olub. Burada 70-ə yaxın adam, o cümlədən Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin nümayəndələri və jurnalistlər olub. Xilasedicilərin məlumatına görə, hotelin dağıntıları altında hələ ona yaxın adamın, o cümlədən Türkiyənin "Doğan" İnformasiya Agentliyinin iki reportyoru qalır.

Zəlzələnin baş verdiyi yerdə xilasetmə işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti