...

Fransa Senatı qondarma "erməni soyqırımı"na dair qanunun müzakirəsinə başlayıb

Dünya xəbərləri Materials 22 Dekabr 2011 13:01 (UTC +04:00)
Fransa Senatı qondarma "erməni soyqırımı"nı tanımamağa görə cinayət cəzası nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi üzrə müzakirələrə başlayıb.
Fransa Senatı qondarma "erməni soyqırımı"na dair qanunun müzakirəsinə başlayıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir A.Tağıyeva/

Fransa Senatı qondarma "erməni soyqırımı"nı tanımamağa görə cinayət cəzası nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi üzrə müzakirələrə başlayıb. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı xəbər verir.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə bir il azadlıqdan məhrumetmə və ya 45 min avro məbləğində cərimə tətbiq edilməsini nəzərdə tutur.

Bir qədər əvvəl Prezident Gül bəyan edib ki, Türkiyə Fransanın xırda siyasi haqq-hesablar naminə Ankara ilə Parisin çoxillik dostluğunu qurban verməyəcəyinə ümid edir.

Bir müddət əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə-Fransa münasibətləri üçüncü tərəfin tələblərindən asılı olmamalıdır və əgər Fransa Senatı qanun layihəsini təsdiqləyərsə, Türkiyə bütün diplomatik vasitələrlə buna cavab verəcək.

Qanun layihəsinin qəbul edilməsindən sonra Türkiyənin öz səfirini Fransadan geri çağıracağı və Parislə diplomatik və iqtisadi münasibətləri kəsəcəyi gözlənilir.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar.

Xəbər lenti

Xəbər lenti