...

İranda ABŞ–ın RQ-170 pilotsuz təyyarəsinə oxşar oyuncaqlar satışa çıxarılacaq

Dünya xəbərləri Materials 17 Yanvar 2012 11:09 (UTC +04:00)
Bir qrup iranlı gənc öz şəxsi vəsaitləri hesabına ABŞ-ın RQ-170 pilotsuz təyyarəsi şəklində oyuncaq istehsal edərək satışa çıxaracaq.
İranda ABŞ–ın RQ-170 pilotsuz təyyarəsinə oxşar oyuncaqlar satışa çıxarılacaq

Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir T.Cəfərov/

Bir qrup iranlı gənc öz şəxsi vəsaitləri hesabına ABŞ-ın RQ-170 pilotsuz təyyarəsi şəklində oyuncaq istehsal edərək satışa çıxaracaq. Trend-in məlumatına görə, bu barədə İranın Payam radiosu məlumat verib.

Məlumatda bildirilir ki, fevral ayının 1-də İslam İnqilabının qələbəsinin 34-cü ildönümü münasibətilə xüsusi mərasim təşkil olunacaq və istehsal olunmuş oyuncaq RQ-170 təyyarələrindən biri hədiyyə olaraq ABŞ-a göndəriləcək.

Oyuncaq RQ-170 pilotsuz təyyarəsinin ölçüsü 30x14 santimetrdir. Oyuncaqların üzərində "Biz ABŞ-ı tapdaqlar altında qoyacağıq" şüarı yazılıb. Oyuncaq təyyarənin qiyməti 5 dollar olacaq.

Xəbər lenti

Xəbər lenti