...

İranda güclü qarın yağması nəticəsində dərslər təxirə salınıb

Dünya xəbərləri Materials 21 Yanvar 2012 10:24 (UTC +04:00)
Güclü qarın yağması paytaxt Tehran daxil olmaqla İranın digər əyalətlərində də dərslərin təxirə salınmasına səbəb olub.
İranda güclü qarın yağması nəticəsində dərslər təxirə salınıb

Azərbaycan, Bakı, 21 yanvar / Trend müxbir T.Cəfərov/

Güclü qarın yağması paytaxt Tehran daxil olmaqla İranın digər əyalətlərində də (Şərqi Azərbaycan, Ərdəbil, Qərbi Azərbaycan və s.) dərslərin təxirə salınmasına səbəb olub.

Trend-in məlumatına görə, şənbə günü güclü qar və sürüşkən yollar səbəbindən uşaq bağçaları, məktəblər və peşə məktəbləri (İranda cümə günü istirahət günüdür) səhər növbəsi ərzində müvəqqəti bağlı olub. Sürüşkən yollar və pis görüntü dərəcəsi Tehran əyalətində Karaj-Çaluz və Şimşək-Dizin, Ərdəbil və Qərbi Azərbaycanın bəzi şəhərlərində avtomagistralların bağlanmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti