...

Azərbaycan I rübdə MDB ölkələrindən Gürcüstana səfərlərin sayına görə birinci yeri tutub

Dünya xəbərləri Materials 10 Aprel 2012 15:52 (UTC +04:00)
2012-ci ilin birinci rübündə Gürcüstana 677 278 nəfər səfər edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 39 faiz üstələyir.
Azərbaycan I rübdə MDB ölkələrindən Gürcüstana səfərlərin sayına görə birinci yeri tutub

Gürcüstan, Tbilisi, 10 aprel /Trend, müxbir N.Kirsxaliya/

2012-ci ilin birinci rübündə Gürcüstana 677 278 nəfər səfər edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 39 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, 2012-ci ilin yanvar-mart aylarında Avropa ölkələrindən (MDB ölkələri nəzərə alınmadan) Gürcüstana 297 414 nəfər səfər edib ki, bu da 2011-ci ilin birinci rübünün göstəricisini 75 faiz üstələyir.

Bu dövrdə MDB ölkələrindən Gürcüstana 351 064 nəfər səyahət edib ki, bu da ötən ilin analoji dövründən 18 faiz çoxdur.

Həmin dövrdə ABŞ-dan Gürcüstana 6 012 nəfər (32 faiz çox), Asiya ölkələrindən 20 736 nəfər (75 faiz çox), Afrika ölkələrindən 1 683 nəfər (təqribən iki dəfə çox), digər ölkələrindən 369 nəfər (34 faiz çox) gəlib.

Məlumata əsasən, MDB ölkələrindən Gürcüstana səfər edən şəxslərin əksəriyyəti (175 171 nəfər) Azərbaycanın payına düşür. Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisini 26 faiz üstələyir.

Xəbər lenti

Xəbər lenti