Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər E.Tariverdiyeva, Т.Cəfərov/
İranın quru qoşunları ölkənin şimal-şərqindəki sərhədyanı rayonlarda "Jafar Tayyar" təlimi keçirir. Trend-in məlumatına görə, bu barədə IRIB News xəbər verir.
Üçgünlük təlimlərin məqsədi regionda cəmləşdirilmiş hərbi hissələrin döyüş hazırlığının artırılmasıdır.