...

Yəməndə uşaqların orduya cəlb edilməsini qadağan edən qanunun qəbul olunması təklif edilir

Dünya xəbərləri Materials 31 İyul 2012 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir A.Tağıyeva/

Yəmən aktivistləri ölkə parlamentini uşaqların orduya cəlb edilməsini və onların silahlı münaqişələrdə iştirakını qadağan edən qanunu qəbul etməyə çağırıb. Bu barədə Trend çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən məlumat verir.

Aralarında Yəmən jurnalistləri və hüquqşünaslarının olduğu aktivistlər bu məsələdə Almaniyanın bu ölkədəki səfirliyi ilə əməkdaşlığa çağırıblar.

BMT-nin məlumatına görə, özünü Xalq Ordusu adlandıran hökumət tərəfdarı olan Yəmən tayfalarının nizami qoşun dəstələri və əl-Huti üsyançı dəstələrinin tərkibindəki silahlıların təqribən yarısı 18 yaşdan aşağı uşaqlardır. Əl-Huti üsyançı dəstələri tərəfindən uşaqların cəlb edilməsi ilə bağlı 402 fakt və Xalq Ordusu dəstələri tərəfindən isə 282 fakt qeydə alınıb.

Uşaqların ölümü ilə bağlı 189 fakt və yaralanması ilə bağlı isə 155 fakt qeydə alınıb. Münaqişənin başlanğıcında 59 uşaq ailələri tərəfindən itkin düşmüş elan edilib. Bu uşaqların valideynləri və qohumları onların taleyi barədə heç nə bilmirlər.

Xəbər lenti

Xəbər lenti