...

İranda yenidən güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 17 Sentyabr 2012 09:43 (UTC +04:00)
Bu gün səhər İranın cənubunda yerləşən Buşəhr əyalətinin Cəm şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə iki zəlzələ baş verib.
İranda yenidən güclü zəlzələ baş verib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın cənubunda yerləşən Buşəhr əyalətinin Cəm şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə iki zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın Fars agentliyi xəbər verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla səhər saat 06:30-da, ikincinin isə 06:43-də baş verdiyini bildirib.

Hələlik zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

Xəbər lenti

Xəbər lenti