...

Moskvada təyyarə qəzaya uğrayıb, ölənlərin sayı artıb (ƏLAVƏ OLUNUB 4) (Video)

Dünya xəbərləri Materials 29 Dekabr 2012 19:17 (UTC +04:00)
Moskvada "Vnukova" aeroportu yaxınlığında, Kiyev şosesində təyyarə məcburi eniş edib, bu barədə Trend Rusiya KİV-lərinə istinadən məlumat yayıb.
Moskvada təyyarə qəzaya uğrayıb, ölənlərin sayı artıb (ƏLAVƏ OLUNUB 4) (Video)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Moskvada "Vnukova" aeroportu yaxınlığında, Kiyev şosesində təyyarə məcburi eniş edib, bu barədə Trend Rusiya KİV-lərinə istinadən məlumat yayıb.

Şahidlərin məlumatına görə, məcburi eniş zamanı təyyarə qəzaya uğrayıb.

Qəza zamanı yaralanların olduğu bildirilir.

Rəsmi məlumata görə, təyyarədə 12 nəfər olub. Təyyarənin Çexiyadan gəldiyi qeyd olunub.

Rusiya hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti olduqca ağırdır.

Son məlumata görə, qəza nəticəsində artıq dörd nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Video - RiaNovosti

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti