Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir Y.Kosolapova/
Dünən İran parlamentinin spikeri Əli Laricani Suriyada sülhün və sabitliyin bərpa edilməsinə çağırıb və qaçırılan iranlı zəvvarların azad edilməsində Suriya hökumətinin rolunu yüksək qiymətləndirib. Bu barədə Suriya parlamentinin spikeri Məhəmməd Cihad əl-Lahamaya ünvanlanmış məktubda deyilir. Trend-in məlumatına görə, xəbəri cümə günü IRNA agentliyi yayıb.
"Suriya xalqı və hökuməti mövcud problemləri mütləq həll edəcək", - Laricani qeyd edib.
Laricani Suriya Prezidenti Bəşşar Əsədə ünvanladığı məktubda silahlı üsyançıların qaçırdığı iranlı zəvvarların azad edilməsində göstərdiyi köməyə görə ona minnətdarlığını bildirib.
Qeyd edək ki, bu yaxınlarda Suriya müxalifəti daha əvvəl saxlanılan 48 İran vətəndaşını azad edib.