Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Ermənistana rəsmi səfərə gələn Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Rusiyanın Gümrüdəki hərbi bazasına baş çəkəcək. Trend-in məlumatına görə, bu barədə "Mediamaks" yazır.
Gümrüyə getməzdən əvvəl Şoyqu Yerevanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşəcək.
Yanvarın 28-də Ermənistanın dövlət başçısı Serj Sarkisyan Sergey Şoyqunu qəbul edib.
Tərəflər Ermənistan-Rusiya strateji münasibətlərinin möhkəmlənməsinin və iki ölkə arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd ediblər.