...

Yerevan meriyası mitinqlərin keçirilməsinə icazə vermir

Dünya xəbərləri Materials 22 Fevral 2013 10:58 (UTC +04:00)
Yerevan meriyası Ermənistanda prezident seçkilərində namizədliyi irəli sürmüş “İrs” partiyasının lideri Raffi Ovannisyanın səlahiyyətli nümayəndəsi Armen Martirosyanın təqdim etdiyi sorğunu rədd edib. Bu barədə “Novosti-Armeniya” Yerevan meriyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Yerevan meriyası mitinqlərin keçirilməsinə icazə vermir

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Yerevan Meriyası Ermənistanda prezident seçkilərində namizədliyi irəli sürmüş "İrs" partiyasının lideri Raffi Ovannisyanın səlahiyyətli nümayəndəsi Armen Martirosyanın təqdim etdiyi sorğunu rədd edib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" Yerevan meriyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Armen Martirosyan fevralın 20-də şəhər rəhbərliyinə fevralın 23, 24 və 25-də Azadlıq meydanında saat 15.00-dan 19.00-dək mitinq keçirilməsi barədə xəbərdarlıq təqdim edib.

Meriya "İnzibatçılığın prinsipləri və inzibati icraat haqqında" qanunun 33-cü maddəsinin üçüncü bəndini əsas götürərək ərizəni geri qaytarıb. Çünki "Toplanma azadlığı haqqında" qanunun 12-ci maddəsinə uyğun olaraq xəbərdarlığı toplantının keçirilməsinə ən azı yeddi gün qalmış təqdim etmək olar.

Məlumatda o da bildirilir ki, indiki halda ərizə qanunla müəyyən olunmuş müddətdən gec təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti