...

Rusiyanın Ermənistandakı bazası hədəfləri vurmaq üçün QLONASS sistemini sınaqdan keçirəcək

Dünya xəbərləri Materials 5 İyun 2013 13:26 (UTC +04:00)
Rusiyanın Ermənistandakı hərbi bazasının artilleriya bölmələri yay dövründə hərbi təlimlər zamanı ilk dəfə olaraq praktikada müasir naviqasiya avadanlığını tətbiq edəcəklər.
Rusiyanın Ermənistandakı bazası hədəfləri vurmaq üçün QLONASS sistemini sınaqdan keçirəcək

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Rusiyanın Ermənistandakı hərbi bazasının artilleriya bölmələri yay dövründə hərbi təlimlər zamanı ilk dəfə olaraq praktikada müasir naviqasiya avadanlığını tətbiq edəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Rosbalt" agentliyi Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

Məlumata görə, bu avadanlıq qoşun birləşmələrinə bu ilin yazında tədarük edilib.

Artilleriya bölmələri üçün nəzərdə tutulmuş kiçikhəcmli "Briz" naviqasiya avadanlığı atəş və onun idarə edilməsinə hazırlıq üzrə komleks tapşırıqları yerinə yetirməyə imkan verir.

Bundan başqa, hərbçilər naviqasiya aparatının köməyilə həfədək olan topoqrafik məlumatları müəyyənləşdirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti