Azərbaycan, Bakı, 17 sentyabr / Trend /
Vaşinqtonda hərbi dəniz qüvvələrinin obyektində baş vermiş atışı araşdıran hüquq-mühafizə orqanları terror aktı versiyasını istisna etmirlər, lakin buna sübut hələ tapılmayıb. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə paytaxt meri Vinsent Qrey məlumat verib.
"Hələlik baş vermiş insidenti terror aktı hesab etməyə əsas yoxdur, amma biz bunu istisna etmirik".
Onun sözlərinə görə, atəş açanın səbəbi müəyyənləşdirilir.