Azərbaycan, Bakı, 20 sentyabr /Trend/
BMT Təhlükəsizlik Şurası Suriya üzrə gələn həftə məcbur edən qətnamə qəbul etməlidir. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə cümə axşamı ABŞ dövlət katibi Con Kerri bildirib.
"BMT TŞ gələn həftə fəaliyyətə hazır olmalıdır", - Kerri deyib.
"Suriyanın kimyəvi silahının dinc vasitələrlə tam məhvi mümkündür. Bu imkan BMT-nin qətiyyəti ilə Rusiya və ABŞ-ın Cenevrədə gəldikləri razılığın arxası ilə getməyi müəyyən olunacaq", - ABŞ dövlət katibi bildirib.
"Bizə BMT-nin bütün öz təməl prinsiplərinə uyğunluğunu təmin etmək üçün, ən sərt mümkün olan mexanizmlərin tətbiq edən məcbur edən qətnamənin keçirilməsinə nail olmaq və onu tez əldə etmək üçün hamının köməyi lazımdır ", - Kerri əlavə edib.