...

İran XİN: İranın uranın zənginləşdirilməsi hüququ tanınıb

Dünya xəbərləri Materials 24 Noyabr 2013 09:43 (UTC +04:00)
İran və "altılıq" arasında əldə edilmiş razılığa əsasən, İranın uranın zənginləşdirilməsi üzrə hüququ tanınır.
İran XİN: İranın uranın zənginləşdirilməsi hüququ tanınıb

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir R. Zamanov/

İran və "altılıq" arasında əldə edilmiş razılığa əsasən, İranın uranın zənginləşdirilməsi üzrə hüququ tanınır. Trend İran XİN rəhbəri Cavad Zərifə istinadən, bu barədə bazar günü məlumat verir.

"Biz qarşılıqlı hörmətə əsaslanan razılığa gəlmişik", - Zərif bildirib.

XİN rəhbərinin sözlərinə görə, tərəflər ümid edir ki, bu razılaşma gələcəkdə daha etibarlı münasibətlər qurmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti