...

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Rusiya qoşunları üçün hökumətdən 90 min dollar vəsait istəyir

Dünya xəbərləri Materials 14 Yanvar 2014 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend/

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Qorik Akopyan ölkə hökumətindən 36,1 milyon dram (təxminən 90 min dollar) vəsait istəyir. Trend-in məlumatına görə, bu barədə Epress.am saytı "Aykakan jamanak" qəzetinə istinadən xəbər verir.

Akopyanın sözlərinə görə, bu məbləğ Ermənistanda yerləşdirilmiş Rusiya hərbi bazasının, eləcə də Ermənistanın dəmiryolu ilə sərhəd qoşunlarının dövlətlərarası hərbi daşımalarının xərclərini və göstərilən xidmətlərə görə xərcləri ödəyir. Bundan başqa, MTX "Cənubi Qafqaz Dəmiryolu" MMC-yə yuxarıda göstərilən məbləğdə yığılan borcunu ödəməlidir.

Qəzet yazır ki, məsələ hökumətin yanvarın 16-da keçirilən iclasında müzakirə olunacaq. Hökumət dəstəklənəcəyi halda MTX rəhbərinin tələb etdiyi məbləği Ehtiyat Fonddan ödəməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti