...

Rusiyanın Ermənistandakı bazasında helikopter eskadrilyası yaradılıb

Dünya xəbərləri Materials 17 Yanvar 2014 11:55 (UTC +04:00)
Rusiyanın Cənub Hərbi Dairəsində (CHD) Ermənistanda tapşırıqların yerinə yetirilməsi üçün Mi-24P, Mi-8MT, Mi-8SMV helikopterlərini daxil olduğu ordu aviasiya eskadrilyası formalaşdırılıb.
Rusiyanın Ermənistandakı bazasında helikopter eskadrilyası yaradılıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Rusiyanın Cənub Hərbi Dairəsində (CHD) Ermənistanda tapşırıqların yerinə yetirilməsi üçün Mi-24P, Mi-8MT, Mi-8SMV helikopterlərini daxil olduğu ordu aviasiya eskadrilyası formalaşdırılıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i cümə günü CHD-nin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumatda deyilir: "Ermənistan Respublikasının Erebuni hərbi aerodromunda yerləşdirilmiş Rusiya aviasiya hərbi bazasında Hərbi Hava Qüvvələri komandanlığının ordu aviasiyasının eskadrilyası formalaşdırılıb".

CHD-dən aydınlaşdırılıb ki, əvvəllər Ermənistanda CHD-nin aviasiya qruplaşması MDB-nin Hava Hücumundan Müdafiəsinin birləşdirilmiş sisteminin xeyrinə hava hücumuna qarşı müdafiə üzrə döyüş tapşırıqlarını yerinə yetirən MiQ-29 qırıcılarının eskadrilyasından ibarət idi.

Məlumatda bildirilir ki, eskadrilyanın yaradılması ilə "onu Ermənistan Respublikasının ərazisindəki qoşunların və Rusiya hərbi bazasının şəxsi heyətinin daşınması ilə bağlı məsələlərin geniş dairəsinin həllinə cəlb etmək planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti