...

Ermənistanda müxalifət fraksiyası 2008-ci il hadisələri ilə bağlı parlamentə qanun layihəsi təqdim edib

Dünya xəbərləri Materials 30 Yanvar 2014 11:52 (UTC +04:00)
Yanvarın 23-də "Erməni Milli Konqresi" (EMK) fraksiyası parlamentə 1 mart hadisələri üzrə komissiyanın (2008-ci ildə prezidentliyə namizəd Levon Ter-Petrosyanın tərəfdarlarının dinc aksiyasının dağıdılması, yüzlərlə müxalifətçinin həbsi, on nəfərin ölümü) yaradılması ilə bağlı yenidən qanun layihəsi təqdim edib.
Ermənistanda müxalifət fraksiyası 2008-ci il hadisələri ilə bağlı parlamentə qanun layihəsi təqdim edib

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Yanvarın 23-də "Erməni Milli Konqresi" (EMK) fraksiyası parlamentə 1 mart hadisələri üzrə komissiyanın (2008-ci ildə prezidentliyə namizəd Levon Ter-Petrosyanın tərəfdarlarının dinc aksiyasının dağıdılması, yüzlərlə müxalifətçinin həbsi, on nəfərin ölümü) yaradılması ilə bağlı yenidən qanun layihəsi təqdim edib. Qanun layihəsinə EMK-dən olan yeddi deputatın hər biri imza atıb. Trend-in məlumatına görə, bu barədə Epress.am saytı "Aykakan jamanak" qəzetinə istinadən xəbər yayıb.

Qanun layihəsi "Baş prokurorluq, polis və Xüsusi istintaq xidməti tərəfindən on insanın qətli, mülki şəxslərə, polis əməkdaşlarına və hərbi qulluqçularına güllə yaraları və başqa bədən xəsarətləri yetirilməsi ilə bağlı görülən tədbirlərin və hərəkətlərin əsaslılığı və qanuniliyi məsələsini araşdıran müvəqqəti parlament komissiyasının yaradılması haqqında" adlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti