...

"Vesti" qəzetinin jurnalisti Kiyevdə həlak olub

Dünya xəbərləri Materials 19 Fevral 2014 10:36 (UTC +04:00)
Kiyevdəki küçə toqquşmaları zamanı “Vesti” qəzetinin jurnalisti Vyaçeslav Veremey həlak olub.
"Vesti" qəzetinin jurnalisti Kiyevdə həlak olub

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Kiyevdəki küçə toqquşmaları zamanı "Vesti" qəzetinin jurnalisti Vyaçeslav Veremey həlak olub. Bu barədə məlumatı qəzetin baş redaktoru İqor Qujva Facebook-da təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İnterfaks" xəbər yayıb.

Onun sözlərinə görə, jurnalist öz həmkarı ilə taksi ilə işdən qayıdırmış. Yol ayrıcında maşına naməlum şəxslər hücum ediblər, maşını tərpətməyə başlayıblar, sürücünü və sərnişinləri maşından çıxararaq onlara döyüblər.

İki nəfər xəsarət alıb, jurnalist isə təcili yardım xəstəxanasında qarnından aldığı güllə yarasından vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti