...

Moskvada məhkəmə Ukrayna partiyasının liderini qiyabi həbs edib

Dünya xəbərləri Materials 12 Mart 2014 10:41 (UTC +04:00)
Çərşənbə günü Moskvada Basman məhkəməsi Ukraynanın Sağ Sektor Partiyasının lideri Dmitri Yaroşun qiyabi həbsinə sanksiya verib.
Moskvada məhkəmə Ukrayna partiyasının liderini qiyabi həbs edib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Çərşənbə günü Moskvada Basman məhkəməsi Ukraynanın Sağ Sektor Partiyasının lideri Dmitri Yaroşun qiyabi həbsinə sanksiya verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü RAPSİ agentliyi xəbər yayıb.

Beləliklə, hakim Rusiya müstəntiqləri tərəfindən terrorizmə çağırış haqqında iş çərçivəsində verilmiş iddianı təmin edib.

Qeyd edək ki, bir müddət əvvəl rusiyalı müstəntiqlər partiyanın sosial şəbəkədəki səhifəsində çeçen terrorçuların lideri Doku Umarova dəstəklə bağlı müraciət yazan Yaroş barəsində terrorizmə çağırış maddəsi üzrə cinayət işi açmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti