Azərbaycan, Bakı, 19 mart / Trend /
Türkiyə Krım məsələsində Avropa İttifaqı və NATO-nun tərəfindədir. Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu televiziyada çıxış edərək deyib.
Nazirin sözlərinə görə, Türkiyə bu məsələdə Avropa İttifaqını və NATO-nu dəstəkləyir, lakin Rusiya ilə münasibətləri pozmaq niyyətində deyil.
"Türkiyə Rusiya ilə diplomatik münasibətləri dəstəkləməyə hazırdır", - Davudoğlu bildirib.
Krımın statusu haqqında martın 16-da referendum keçirilib. Son məlumatlara görə, referendumda muxtariyyətin Rusiyanın tərkibinə daxil olunmasının lehinə, iştirak etmiş seçicilərin 96 faizindən çoxu səs verib.
Dünya ölkələrinin əksəriyyəti referendumun nəticələrini tanımadığı barədə bəyanatla çıxış edib.