...

Ağ ev: ABŞ İranın BMT-dəki daimi nümayəndəsinin ölkəyə girişini məqsədəuyğun hesab etmir

Dünya xəbərləri Materials 9 Aprel 2014 00:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

ABŞ İranın BMT-dəki daimi nümayəndəsi postuna Tehran tərəfindən irəli sürülmüş Həmid Əbu Talebinin ölkəyə girişini məqsədəuyğun hesab etmir.

Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Ağ evin rəsmi nümayəndəsi Cey Karni bildirib.

"Biz İran hökumətinə məlumat vermişik ki, bu seçim məqsədəuyğun deyil", - Karni qeyd edib. Eyni zamanda Ağ evin nümayəndəsi dəqiqləşdirməyib, bu o deməkdir ki, Vaşinqton ona ölkəyə girmək icazə verməyəcək.

ABŞ hakimiyyəti hesab edir ki, ABŞ-ın İrandakı səfirliyində girovların ələ keçirilməsində, 1979-ci ildə Vaşinqton və Tehran arasında münasibətlərin korlanmasına gətirib çıxarmasında Həmid Əbu Talebi iştirak edib.

Xəbər lenti

Xəbər lenti