...

Fransada ilk dəfə peşəkar futbol liqası matçlarının baş hakimi qadın olub

Dünya xəbərləri Materials 22 May 2014 14:46 (UTC +04:00)
Fransada peşəkar futbol tarixində ilk dəfə olaraq oyunların baş hakimi qadın olacaq.
Fransada ilk dəfə peşəkar futbol liqası matçlarının baş hakimi qadın olub

Azərbaycan, Bakı, 22 may /Trend/

Fransada peşəkar futbol tarixində ilk dəfə olaraq oyunların baş hakimi qadın olacaq. 30 yaşlı Stefani Frappar yeni vəzifəsinə gələn mövsümdən başlayacaq. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yerli KİV-ə istinadən xəbər verib.

Fransa Futbol Federasiyası ona milli birincilik divizionunun əhəmiyyətinə görə ikincisi olan 2-ci Liqanın oyunlarını etibar etməyi qərara alıb.

Hakim "Frans-Press" agentliyinə bildirib: "Belə yüksəliş əldə etmək böyük sevincdir, mən həqiqətən fəxr edirəm. Bu, federasiya və hakimlər korpusu tərəfindən ciddi etimada işarədir. Mənim üçün belə səviyyəyə nail olmaq və hansısa mənada ilk tədqiqatçı olmaq şərəfdir, çünki bu, Fransada ilk belə haldır".

Stefani Frappar futbolla 13 yaşından məşğul olub, hakimliklə isə 18 yaşından məşğul olur. O vaxtdan müxtəlif səviyyəli peşəkar matçlarda yaxşı təcrübə toplaya bilib. Onun xidmət siyahısında 19 yaşınadək qızlar arasında Avropa çempionatında hakimlik də var. Son 3 ildə Frappar milli liqanın görüşlərində hakimlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti