Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
"İslam dövləti" ekstremist qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyanın təyyarələri İraqın Kərkük əyalətindəki yaraqlıların təlim-tədris bazasına aviazərbə endiriblər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə çərşənbə günü "Əs-Sumariya" yerli telekanalı xəbər verir.
"Amerika təyyarələri bu gün axşam "İslam dövləti"nin Əl-Xauci (Kərkük şəhərindən 55 kilometr cənub-qərbdə) rayonundakı düşərgəsinə aviazərbə endiriblər, nəticədə ən azı 13 nəfər öldürülüb, 10 silahlı isə yaralanıb; 8 ədəd pulemyot daşıyan və insanların daşınması üçün istifadə olunan bir avtomobil dağılıb ", - İraq hərbçisi bildirib.