Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
İraq dünya ictimaiyyətindən kifayət qədər yardım almır. Trend TASS agentliyinə istinadən bu barədə İraq hökumətinin rəhbəri Heydər əl-Abadi bəyanatla çıxış edib.
"Dünya ictimaiyyəti "İslam dövləti"nin (İD) yayılmasına əhəmiyyət vermədi, lakin indi bu faciənin miqyasını dərk edərək qruplaşma ilə mübarizəyə qoşulub".
Əl-Abadi gileyləndi ki, "göstərilən dəstəyin səviyyəsi bizim gözləntilərimizə uyğun deyil".
Lakin o, əmin edib ki, "bütün dünya terrorizmə qarşı mübarizədə İraq tərəfində dayanır".
İraq təhlükəsizlik qüvvələri son bir neçə ay ərzində yaraqlılar tərəfindən işğal olunmuş rayonları öz nəzarət altına qaytarmağa çalışırlar. Ölkə ərazisinin təxminən üçdə bir hissəsi ekstremistlərin nəzarəti altındadır.
Ən pis vəziyyət Suriya ilə həmsərhəd olan Naynava və Anbar əyalətlərində yaranıb.