...

Dövlət Bağçalı: Roma Papasının Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəməyə haqqı yoxdur

Dünya xəbərləri Materials 2 Dekabr 2014 16:21 (UTC +04:00)
Roma Papası Fransiskin Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəməyə haqqı yoxdur.
Dövlət Bağçalı: Roma Papasının Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəməyə haqqı yoxdur

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Roma Papası Fransiskin Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəməyə haqqı yoxdur. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib.

O, qeyd edib ki, Papa Fransiskin belə bir açıqlama verməsi yaxınlaşmaqda olan qondarma "erməni soyqırımı"nın 100 illiyinə yönəlmiş çox təhlükəli bir bəyanatdır.

Bir neçə gün əvvəl Türkiyədə səfərdə olan Roma Papası Fransisk Türkiyə-Ermənistan sərhədlərinin yaxın vaxtlarda açılacağına ümid etdiyini bildirmişdi.

Din xadiminin sözlərinə görə, o, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması üçün dua edir.

Papa Fransisk, həmçinin qeyd edib ki, sabiq Baş nazir, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın ötən il aprelin 24-də ermənilərə göndərdiyi məktub xüsusi məna daşıyır və Türkiyə tərəfdən münasibətlərin normallaşmasına doğru atılan ciddi addım kimi qiymətləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti