...

Nyu-Yorkda etiraz aksiyasında onlarla adam saxlanılıb

Dünya xəbərləri Materials 5 Dekabr 2014 11:08 (UTC +04:00)
Polis tərəfindən saxlanılan qaradərili Erik Qarnerin həlak olması ilə bağlı iki gündən bəri davam edən etiraz aksiyaları zamanı Nyu-York polisi onlarla insanı həbs edib.
Nyu-Yorkda etiraz aksiyasında onlarla adam saxlanılıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Polis tərəfindən saxlanılan qaradərili Erik Qarnerin həlak olması ilə bağlı iki gündən bəri davam edən etiraz aksiyaları zamanı Nyu-York polisi onlarla insanı həbs edib. Bu barədə Trend cümə günü RİA Novosti-yə istinadən xəbər yayıb.

"New York Times" qəzetinin yazdığına görə, cümə axşamı nümayişlərdə iştirak etmək üçün meqapolisin küçələrinə minlərlə insan çıxıb. Bruklində "uzanma" aksiyası keçirilib. Etirazçılar polis zorakılığının qurbanlarının soyadları yazılmış "tabut"ların yanında uzanıblar.

Etirazlar zamanı Manhetten və Bruklin körpülərində hərəkət bir neçə dəfə dayandırılıb. Məlumata görə, 42-ci küçədə polislə toqquşmalardan sonra ən azı 24 nəfər saxlanılıb.

Qarnerin ölümündə əli olan polisin bəraət almasına qarşı etirazlar ABŞ-ın Vaşinqton, Boston, Çikaqo və Pittsburq şəhərlərində də keçirilib.

Erik Qarnerin həlak olması ilə nəticələnən insident bu ilin iyulunda Nyu-Yorkda baş verib. Bəzi məlumatlara görə, 29 yaşlı polis Daniel Pantaleo saxlama zamanı Nyu-York polisində tətbiqi 20 ildən çoxdur qadağan edilən boğucu fənddən istifadə edib. Bundan az sonra astmadan əziyyət çəkən 43 yaşlı Qarner ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti