...

İraqın Baş naziri Türkiyəyə gəlir

Dünya xəbərləri Materials 8 Dekabr 2014 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Emil İsmayılov/

İraqın Baş naziri Heydər əl-Abadi Türkiyəyə səfər edəcək.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, səfər dekabrın sonunda baş tutacaq.

Məlumata görə, tərəflər siyasi və iqtisadi məsələləri müzakirə etmək niyyətindədirlər.

Səfər zamanı "İslam dövləti" qruplaşmasına qarşı birgə mübarizə məsələsinin müzakirə olunması da gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti