Azərbaycan, Bakı, 19 dekabr /Trend/
Almaniyanın KfW İnkişaf Bankı su anbarının tikintisi üçün Ermənistana 50 milyon avro ayıracaq.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, kredit sazişinin layihəsi Ermənistan hökumətinin iclasında bəyənilib.
Vəsait Türkiyə ilə sərhəddə Axuryan çayında Kaps su anbarının bərpa edilməsi üçün təqdim olunacaq. Daha 2 milyon avro qrant qismində texniki dəstək məqsədi ilə ayrılacaq. Suvarma su anbarının həcmi 25 milyon kubmetr təşkil edəcək.
Vəsait 5 il güzəşt müddəti ilə 15 il müddətinə veriləcək.