...

Türkiyə polisi xüsusi əməliyyat keçirir

Dünya xəbərləri Materials 5 Yanvar 2015 10:07 (UTC +04:00)
Türkiyə polisi Qaziantep vilayətində dövlət məmurlarının telefon danışıqlarının dinlənilməsində şübhəli bilinən şəxslərin saxlanması üzrə xüsusi əməliyyat keçirir.
Türkiyə polisi xüsusi əməliyyat keçirir

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə polisi Qaziantep vilayətində dövlət məmurlarının telefon danışıqlarının dinlənilməsində şübhəli bilinən şəxslərin saxlanması üzrə xüsusi əməliyyat keçirir. Bu barədə Trend ölkənin "Milliyyət" qəzetinə istinadən xəbər verir.

Əməliyyat çərçivəsində vilayətin hüquq-mühafizə orqanlarının bəzi işçiləri saxlanılıb.

Xatırladaq ki, Türkiyənin güc strukturlarında Fətullah Gülən hərəkatı tərəfdarlarının kadr təmizlənməsi aparılır. Kadr təmizləmələri ölkənin 25 bölgəsindəki güc strukturlarında həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti