Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/
İspaniyanın Kataloniya Muxtar Vilayətinin iki qabaqcıl partiyası növbədənkənar seçkilər keçirmək barədə razılığa gəlib. Trend-in cümə axşamı "Euronews" telekanalına istinadən verdiyi məlumata əsasən, Muxtar Vilayətin rəhbəri Artur Mas bildirib ki, seçkilər bu ilin sentyabrın 27-nə təyin edilib.
A.Mas daha əvvəl seçkilərin plebisit formasında keçiriləcəyini demişdi: "Bu, Madriddən ayrılmaq haqqında referenduma alternativdir".
Qeyd edək ki, 2014-cü ilin noyabrın 9-da Kataloniyada müstəqillik haqqında referendum keçirilmişdi. Hüquqi qüvvəsi olmayan referendumda seçicilərin 80 faizi müstəqilliyin lehinə səs vermişdi.