Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə parlamentin müxalif Anadolu Partiyasından deputatı Əminə Ülkər Tarxan xəstəxanaya yerləşdirilib. Bu barədə Trend cümə axşamı Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir.
Yanvarın 21-i axşam partiyanın qurultayında Tarxanın səhhəti qəflətən pisləşib.
Hazırda o, həkimlərin nəzarəti altındadır. Digər təfsilatlar barədə məlumat verilmir.
Bundan əvvəl Əminə Ülkər Tarxan ölkənin müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) nüfuzlu üzvlərindən biri idi.
Deputat 2014-cü ilin avqustunda partiyanın lideri Kamal Kılıçdaroğlunun onun istefa çağırışını qəbul etməməsindən sonra CHP-nin sıralarını tərk edib. Kılıçdaroğlu Tarxanın bu addımını partiyaya qarşı sui-qəsddə iştirak kimi qəbul edib.