...

Taner Yıldız: "Türk axını"nın son marşrutundan danışmaq hələ tezdir

Dünya xəbərləri Materials 9 Fevral 2015 15:48
Hazırda “Türk axını” qaz kəmərinin yekun marşrutu haqqında danışmaq hələ tezdir.
Taner Yıldız: "Türk axını"nın son marşrutundan danışmaq hələ tezdir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Hazırda "Türk axını" qaz kəmərinin yekun marşrutu haqqında danışmaq hələ tezdir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, qaz kəmərinin Türkiyənin şimal-qərbindəki Təkirdağ vilayətinin Kıyıköy yaşayış məntəqəsinin ərazisindən keçməsi planlaşdırılır.

Nazir qeyd edib ki, lakin bu, son variant deyil.

T.Yıldız bildirib ki, qaz kəmərinin bundan əvvəl Rusiyanın "Qazprom" şirkəti ilə müəyyənləşdirilən marşrutu üzərində təbii obyektlər və infrastruktur yerləşir.

Bir gün əvvəl Rusiyanın "Qazprom" Səhmdar Cəmiyyətinin başçısı Aleksey Miller bildirmişdi ki, hazırda gələcək axtarışlar və layihələndirmələr üçün "Türk axını" qaz kəmərinin qurudan keçən hissəsi də müəyyən edilib və xəritəyə salınıb.

Fevralın 7-də "Qazprom" SC-nin rəhbəri və Türkiyənin energetika və təbii sərvətlər naziri T.Yıldız Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə çəkiləcək qaz kəmərinin reallaşdırılmasının gedişini müzakirə edib və helikopterlə kəmərin qurudakı hissəsinin tikiləcəyi ərazini müşahidə ediblər.

Qaz kəmərinin uzunluğunun 180 kilometr olacağı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti