...

"Gülən hərəkatı erməni lobbisindən Türkiyəyə təzyiq üçün istifadə edir"

Dünya xəbərləri Materials 10 Fevral 2015 17:07 (UTC +04:00)
Fətullah Gülən hərəkatı erməni lobbisindən Türkiyəyə təzyiq üçün istifadə edir.
"Gülən hərəkatı erməni lobbisindən Türkiyəyə təzyiq üçün istifadə edir"

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Fətullah Gülən hərəkatı erməni lobbisindən Türkiyəyə təzyiq üçün istifadə edir. Trend xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı Baş nazir Əhməd Davudoğluna istinadən məlumat yayıb.

Ə.Davudoğlu qeyd edib ki, hərəkatın lideri və onun tərəfdarları ABŞ-da Türkiyə əleyhinə təbliğat aparırlar.

Baş nazirin sözlərinə görə, F.Gülən bu yaxınlarda bəyan edib ki, Türkiyədə təkcə müsəlmanların deyil, ermənilərin də hüquqları pozulur: "Bu da erməni lobbisinin xeyrinədir".

O bildirib ki, aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyinin qeyd ediləcəyini nəzərə alınarsa, onda belə bir bəyanat təsadüfi deyil.

F.Gülən hazırda ABŞ-da yaşayan ictimai-dini xadimdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti