...

İstanbulda dəniz reysləri növbəti dəfə ləğv olunub

Dünya xəbərləri Materials 13 Fevral 2015 10:27 (UTC +04:00)
İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar dəniz reysləri yenidən ləğv edilib.
İstanbulda dəniz reysləri növbəti dəfə ləğv olunub

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar dəniz reysləri növbəti dəfə ləğv edilib. Bu barədə Trend Türkiyənin "Haber7" telekanalına istinadən xəbər verir.

Hazırda fevralın 13-nə planlaşdırılan reyslər ləğv edilib. Onların digər günlərə keçirilməsi barədə məlumat verilmir.

Artıq dörd gündür ki, Türkiyədə güclü qar yağır. İstanbulda dəniz reysləri fevralın 10, 11 və 12-də də təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti