Azərbaycan, Bakı, 10 mart /Trend/
Pakistan hakimiyyəti ölkə ərazisində ölüm cəzasına moratoriumu tam aradan qaldırıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, moratorium bu ölkədə 2008-ci ildə tətbiq edilmişdi. 2014-cü il dekabrın 17-də Pakistanın Baş naziri Nəvaz Şərif terrorçulara qarşı onu ləğv etmək barədə qərar qəbul etmişdi.
Bu, taliblərin Pişəvərdə məktəbə hücumundan sonra edilmişdi. Həmin vaxt terror aktı nəticəsində 134 uşaq daxil olmaqla 150 nəfər ölmüşdü.