Azərbaycan, Bakı, 11 mart /Trend/
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinun səhhətinin pisləşməsi barədə yayılan məlumatları təkzib edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
D.Peskov bir qədər əvvəl bildirmişdi ki, bu həftə Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin planlaşdırılan görüşü təxirə salınlb. Daha sonra "Reuters" agentliyi Qazaxıstanın anonim məmuruna istinadən V.Putinin xəstələnməsi ilə bağlı məlumat yaymışdı.
Mətbuat katibi "Blumberq" agentliyinə deyib ki, Prezidentin səhhəti olduqca yaxşıdır.