Azərbaycan, Bakı, 19 mart /Trend/
Yəmən Prezidenti Abd Rabbu Mənsur Hadi Ədən şəhərində yerləşən dövlət başçısının saray kompleksi ərazisinə hava zərbələri endirildikdən sonra təxliyə edilib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 2015-ci il yanvarın sonunda şiə üsyançılar Sənadakı prezident sarayını tutduqdan sonra prezident parlamentə istefa ərazisi ilə müraciət etmişdi.
Lakin ev dustaqlığından qaçmağa nail olan prezident ərizəni geri götürərək ölkəyə rəhbərlik etməyə cəhd göstərib.