...

Türkiyə Baş nazirinin erməni əsilli müşaviri vəzifəsindən azad edildi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 16 Aprel 2015 15:08 (UTC +04:00)
E.Mahçupyan 1915-ci il hadisələrini ermənilərə qarşı "soyqırım" adlandırdığına görə vəzifəsindən azad edilib.
Türkiyə Baş nazirinin erməni əsilli müşaviri vəzifəsindən azad edildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Baş naziri Əhməd Davudoğlunun erməni əsilli müşaviri Etyen Mahçupyan vəzifəsindən azad edilib. Bu barədə Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən, E.Mahçupyan 1915-ci il hadisələrini ermənilərə qarşı "soyqırım" adlandırdığına görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, o bu vəzifəyə 2014-cü il oktyabrın 25-də təyin edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti