...

İstanbul polisi kütləvi davanın iştirakçılarını dağıdıb

Dünya xəbərləri Materials 1 May 2015 15:09 (UTC +04:00)
İstanbulda 1 may nümayişlərinin iştirakçıları arasında kütləvi dava başlayıb.
İstanbul polisi kütləvi davanın iştirakçılarını dağıdıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda 1 may nümayişlərinin iştirakçıları arasında kütləvi dava başlayıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, polis səbəbi məlum olmayan davanın iştirakçılarını hadisə yerindən uzaqlaşdırır.

Hazırda İstanbulda 1 may nümayişlərində saxlanılanların sayı 10 nəfərə çatıb.

Bu gün səhər saatlarına İstanbul polisi üzlərinə maska taxdıqları üçün 4 nümayişçini saxlayıb.

Qeyd edək ki, bu ilin fevralında Türkiyə parlamentinin qəbul etdiyi təhlükəsizlik üzrə islahatlar paketinə əsasən, aksiya iştirakçıları üzlərini maskalar vasitəsilə gizlədə bilməzlər və bu davranış ictimai təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti