...

Nemtsovun qətli işi üzrə yeni fiqur ortaya çıxıb

Dünya xəbərləri Materials 22 May 2015 11:46 (UTC +04:00)
Müxalifət lideri Boris Nemtsovun qətli işi üzrə yeni fiqur ortalığa çıxıb. Müstəntiqlər hesab edir ki, Çeçenistan sakini Ruslan Muxadinov siyasətçinin qətli üçün 25 milyon rubl ödəyəcəyinə söz verib.
Nemtsovun qətli işi üzrə yeni fiqur ortaya çıxıb

Azərbaycan, Bakı, 22 may /Trend/

Müxalifət lideri Boris Nemtsovun qətli işi üzrə yeni fiqur ortalığa çıxıb. Müstəntiqlər hesab edir ki, Çeçenistan sakini Ruslan Muxadinov siyasətçinin qətli üçün 25 milyon rubl ödəyəcəyinə söz verib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Kommersant" qəzeti xəbər verir.

Hazırda B.Nemtsovun qətli işi üzrə 5 nəfər həbs edilib. Qətldə şübhəli bilinən Zaur Dadayev, Anzor və Şadid Qubaşev qardaşları, Həmzət Baxayev və Tamerlan Əsgərxanov.

Qəzetin məlumatına əsasən, Z.Dadayevin ilkin ifadələrinə görə, Rusik adlı şəxs ona və yoldaşlarına Məhəmməd peyğəmbərin karikaturasının dərc olunmasını dəstəkləyən B.Nemtsovun qətlinə görə 25 milyon rubl pul ödəcəyinə söz veribmiş. Amma sonra Z.Dadayev ilkin ifadələrindən imtina edib, onları işgəncələrə məruz qaldığı üçün söylədiyini deyib. "Ъ" qəzetinin məlumatına görə, T.Əsgərxanov bildirib ki, Rusik "Mercedes ML" markalı avtomobili idarə edən şəxsdir.

Müstəntiqlər hesab edir ki, avtomobil DİN DQ "Şimal" batalyonunun komandiri Ruslan Qremeyevə məxsus ola bilər. Onlar R.Qremeyevi dindirə bilməyiblər. Əldə edilmiş bəzi məlumatlara əsasən, o Ərəb Əmirliklərinə gedib.

Qəzetin məlumatına əsasən, hazırda istintaqı Çeçenistan sakini Ruslan Muxadinov maraqlandırır: "Hələlik istintaq Ruslan Muxadinovu tapıd dindirə bilməyib. Ancaq "Mercedes ML" avtomobilini məhz onun idarə etməsi müəyyənləşdirilib. Belə olduğu təqdirdə, o, qətldə şübhəli bilinən şəxs ilə də görüşə bilərdi".

Müstəntiqlər R.Muxadinovun həmin Rusik olduğunu müəyyənləşdirməyə çalışırlar. Bunun üçün onun şəkli T.Əsgərxanova göstəriləcək. Zaur Dadayevdən fərqli olaraq, T.Əsgərxanov ifadələrindən imtina etməyib. R.Muxadinovun yaşayış yeri üzrə pasport stoldan şəkli ilə birgə Forma-1 götürülüb: "Əgər müttəhim T.Əsgərxanov Muxaddinovun Rusik olduğunu desə, onda işdə əhəmiyyətli dəyişiklər olacaq. Mayor R.Qremeyevə artıq qətlin sifarişçisi kimi baxılmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti