...

Boris Nemtsovun qətli ilə bağlı yeni məlumatlar işin gedişatına təsir göstərə bilər

Dünya xəbərləri Materials 15 İyun 2015 11:15 (UTC +04:00)
Siyasətçi Boris Nemtsovun qətlində əsas şübhəli şəxs Zaur Dadayev iddia edilən sui-qəsd cəhdi zamanı daxili qoşunların “Şimal” alayının fəaliyyətdə olan zabiti olub.
Boris Nemtsovun qətli ilə bağlı yeni məlumatlar işin gedişatına təsir göstərə bilər

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Siyasətçi Boris Nemtsovun qətlində əsas şübhəli şəxs Zaur Dadayev iddia edilən sui-qəsd cəhdi zamanı daxili qoşunların "Şimal" alayının fəaliyyətdə olan zabiti olub. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Kommersant" qəzeti xəbər verib.

Bu məlumat müxalifət liderinin qətli ilə bağlı tədqiqat işinin gedişatına ciddi təsir göstərə bilər. Belə ki, daha əvvəl daxili qoşunların mətbuat bürosu Z.Dadayevi DİN-in sabiq əməkdaşı olduğunu bildirmişdi. Onun B.Nemtsovun qətlindən öncə işdən qovulduğu güman edilirdi. Leytenant və təqsirli bilinən daha dörd nəfər işsiz hesab edilirdi, onların işi Moskva Şəhər Məhkəməsi tərəfindən araşdırılırdı. İndi tədqiqat ilə Hərbi Dairə Məhkəməsi məşğul ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti