...

Nemtsovun qətlində əsas şübhəli şəxs alibisini təqdim edib

Dünya xəbərləri Materials 29 İyun 2015 12:18 (UTC +04:00)
Boris Nemtsovun qətlində əsas şübhəli şəxs Zaur Dadayev müxalifət liderinin öldürüldüyü gün şəhərin mərkəzinə getmədiyini, Oçakovo-Matveyevski rayonunda olduğunu bildirib.
Nemtsovun qətlində əsas şübhəli şəxs alibisini təqdim edib

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Boris Nemtsovun qətlində əsas şübhəli şəxs Zaur Dadayev müxalifət liderinin öldürüldüyü gün şəhərin mərkəzinə getmədiyini, Oçakovo-Matveyevski rayonunda olduğunu bildirib. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.

Ötən cümə Z.Dadayev təkrar dindirilib, bu zaman şübhəli şəxs "ilk ifadəsində işgəncə altında özünə və başqalarına böhtan atmalı olduğunu" bildirib və əlavə edib ki, indi "hər şeyi əslində olduğu kimi" danışmaq istəyir.

Yeni versiyaya əsasən, fevralın 27-də Z.Dadayev Veyernı küçəsində kirayə götürdüyü mənzilin yaxınlığında olub.

Müdafiə tərəfi həmçinin Z.Dadayevin mobil telefonunun billinq nəticələrinə ümid edir. Vəkillər hesab edir ki, Z.Dadayevin üstündə olan 3 mobil telefon qətl günü onun Moskvanın qərb hissəsində olduğunu təsdiq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti