Azərbaycan, Bakı, 28 iyul /Trend/
Türkiyənin Muş əyalətində terrorçular jandarma rəisini ailəsi ilə birgə güllələyiblər.
Trend-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular jandarma rəisi mayor Alsan Kulaksızın avtomobilini güllələyiblər. Həmin zaman avtomobildə mayorun ailəsi də olub.
Alsan Kulaksız aldığı yaralardan xəstəxanada vəfat edib.
Əyalətdə terrorçuların tutulması məqsədilə irimiqyaslı əməliyyat başlanılıb.