Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və sabiq millət vəkili Sinan Oğan Ermənistanın PKK üçün ikinci Qəndil ( İraqın Şimalı PKK-çıların əsas sığınacağı) yeri olduğunu bildirib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
S.Oğan bildirib ki, Türkiyənin İğdır vilayətinin davamlı PKK tərəfindən təhdid edilməsi və burada PKK-nın terror aktları törətməsi göstərir ki, PKK Ermənistanı özünə ikinci Qəndil hesab edir.
O qeyd edib ki, heç kim "Kürdüstanı" Ermənistanla birləşdirməyi xəyal belə etməsin.
Sinan Oğan: Ermənistan PKK üçün ikinci Qəndildir
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və sabiq millət vəkili Sinan Oğan Ermənistanın PKK üçün ikinci Qəndil ( İraqın Şimalı PKK-çıların əsas sığınacağı) yeri olduğunu bildirib.
